Pakistanda baş verən hücuma görə məsuliyyəti üzərinə İslam Dövləti götürdü
Pakistanda baş verən hücuma görə məsuliyyəti üzərinə İslam Dövləti götürdü

Pakistanın Kveta şəhərində baş verən hücuma görə məsuliyyəti üzərinə “İslam Dövləti” götürdü.

Kveta şəhərində yerləşən kilsədə baş verən terror aktı nəticəsinəd 9 insan həlak oldu və 30 nəfər xəsarət aldı.

Pakistan mediyasının yaydığı məlumata görə, iki intiharçı terrorçu özünü, kilsədə 400 mominin ibadət etdiyi zaman partlatdı.

Polis onlara atəş açdı və cinayətkarın birini məhv edə bildi.