İrakli Antidze - Sxinvali nümayəndələri Gürcüstanın mərkəzi hakimiyyətinin konstruktiv təklifləri ilə paylaşmadılar və Erqneti görüşünü pozdular
İrakli Antidze - Sxinvali nümayəndələri Gürcüstanın mərkəzi hakimiyyətinin konstruktiv təklifləri ilə paylaşmadılar və Erqneti görüşünü pozdular

Erqnetidə insidentlərin prevensiyası və onlara münasibət mexanizmlərinin 95-ci görüşü pozuldu, – bu barədə DTX-nin informasiya-analitik departamentinin direktoru müavini İrakli Antidze jurnalistlərə Erqnetidə bəyan etdi.

Onun açıqlamasına görə, bu günki görüşdə gündəmə uyğun olaraq, Erqnetinin öncəki görüşündən bu günə qədər qeydə alınan bütün insidentlər müzakirə olunmalı idi.

Onun məlumatına görə, görüş təhlükəsizlik mühitinin müzakirəsi ilə başladı. Söhbət Çorçana kəndi ərazisində işğal qüvvələri tərəfindən həyata keçirilən təxribati hərəkətlərə aid idi.

DTX-nin informasiya-analitik departamentinin direktoru müavini İrakli Antidzenin bəyan etdiyinə görə, Sxinvali nümayəndələri Gürcüstanın mərkəzi hakimiyyətinin konstruktiv təklifləri ilə paylaşmadılar və Erqneti görüşünü pozdular.