DTX - Xurça kəndi həndəvərində, mərkəzi hakimiyyət tərəfindən nəzarət olunan ərazidə işğal qüvvələri nümayəndələri Gürcüstanın üç vətəndaşını qanunsuz həbs etdilər
DTX - Xurça kəndi həndəvərində, mərkəzi hakimiyyət tərəfindən nəzarət olunan ərazidə işğal qüvvələri nümayəndələri Gürcüstanın üç vətəndaşını qanunsuz həbs etdilər

18 yanvarda, təxminən saat 20:30 radələrində, Zuqdidi munisipalitetinin Xurça kəndi həndəvərində, mərkəzi hakimiyyət tərəfindən nəzarət olunan ərazidə Rusiya işğal qüvvələri nümayəndələri Gürcüstanın üç vətəndaşını qanunsuz həbs etdilər. Bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.

“Qeyd olunanla bağlı Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən dönmədən qaynar xətt işə salındı və qanunsuz yaxalanan şəxslərin dönmədən azad olunmaları tələb olundu. Prosesə Cenevrə disskusiyyalarının həmsədrlərinin qatılması baş verdi.

İşğal olunmuş Abxaziya nümayəndəsi qaynar xəttlə işğal olunmuş Abxaziyada yaşayan üş şəxsin qanunsuz yaxalanması faktını təsdiq etdi. Həmçinin qaynar xətt vasitəsi ilə, işğal rejiminin nümayəndəsi qeyd etdi ki, qeyd olunan şəxslər artıq qanunsuz həbsdə deyillər.

İşğal rejimi tərəfindən həyata keçirilən qeyd olunan fakt məqsədyönlü təxribatı təşkil edir və yerində mövcud təhlükəsizlik mühitinə ziyan vurur və yerli əhaliyə, eləcə də bölgədə mövcud sabitliyə təhlükə yaradır”, – DTX-də bəyan edirlər.

Şərh yaz