Data Vanişvilinin ailəsinə “Gürcü Arzusunun” gənclər təşkilatının nümayəndələri başsağlığı verdilər

13:05, 22.03.2021

İşğal olunmuş ərazidə vəfat edən Data Vanişvilini bu gün saat 15:00-da dəfn edəcəklər. Data Vanişvilinin ailəsinə “Gürcü Arzusunun” gənclər təşkilatının nümayəndələri başsağlığı verdilər. Başsağlığını tikanlı məftillər yanında verdilər və gül-çiçək dəstələrini üzdəniraq ayrıcı xəttdə qoydular.

Data Vanişvilinin yaşayış evi yanında işğal rejimi nümayəndələri tikanlı məftilləri 2011-ci ildə çəkdilər, nəticədə onun evi işğal xəttinin o tərəfində qaldı.

Data Vanişvili 88 yaşında 19 martda vəfat etdi.

Oxşar