DTX - işğal xəttində, Xurvaleti kəndi ərazisində polis Gürcüstan vətəndaşının qanunsuz yaxalanması cəhdinin qarşısını aldı
DTX - işğal xəttində, Xurvaleti kəndi ərazisində polis Gürcüstan vətəndaşının qanunsuz yaxalanması cəhdinin qarşısını aldı

İşğal xəttində, Xurvaleti kəndi ərazisində polis Gürcüstan vətəndaşının qanunsuz yaxalanması cəhdinin qarşısını aldı, – bu barədə məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.

“Mərkəzi hakimiyyət tərəfindən işğal rejimi nümayəndələrinin yaxalanması baş verməyib. Martın 7-də işğal xəttində, Xurvaleti kəndi ərazisində polis Gürcüstan vətəndaşının qanunsuz yaxalanması cəhdinin qarşısını aldı.

Qanunsuz yaxalamanın qrşısının alınmasından sonra, Gürcüstan polisi işğal rejimi nümayəndələrini dayandırdı. Mövcud təcrübəyə əsasən, qaynar xəttin vasitəsilə və Avropa İttifaqının müşahidəçilər missiyasının vasitəçiliyi ilə işğal rejimi nümayəndələri ilə əlaqə yaradıldı və vəziyyətin sakitləşdirilməsi baş verdi”, – DTX-nin bəyanatında deyilir.