Freedom House - "Gürcü Arzusu" siyasi hakimiyyətin konsolidasiyasını 2016-cı ildə başa çatdırdı və daha monolit oldu
“2012-ci ildən sonra, Gürcüstan tarixində ilk kəs, plüralist iqtidar dövrü başladı, ancaq görünənə görə, domimant partiya siyasəti geri qayıtdı və bunun öz riskləri var” – Bu barədə bəyanat Freedom House-un, keçid dövründə olan ölkələr haqqında hazırladığı hesabatında verilir.
Hesabata əsasən, iqtidar partiyası siyasi hakimiyyətin konsolidasiyasını 2016-cı ildə başa çatdırdı və daha monolit oldu. Bunun səbəbi isə, iqtidar koalisiyasından bir neçə liberal partiyanın çıxması oldu.
Hesabatda deyilir ki, hakimiyyətin konsolidasiyasının mənfi efekti 2017-ci ildə daha çox bəlli oldu.
“Gürcü Arzusu” konstitusiya dəyişikliklərini beynəlxalq ictimaiyyətlə məsləhətləşmə əsasında daxil etdi, ancaq müxalifətin mövqeyini görməzdən gəldi. Müxalifətlə razılığa gəlmənin bir neçə cəhdi müvəffəqiyyətsiz oldu və islahatların son mərhələsində, müxalifət interpartiya danışıqlarından çıxdı.
Freedom House-un hesabatına əsasən, konstitusiya dəyişiklikləri prezidentin funksiyalarını əlindən alaraq, prezident institutunu həddindən artıq zəyiflətdi və prezidentin qeyri-birbaşa qayda ilə seçilməsini təyin etdi.