Alman məruzəçisinin hesabatında qeyd olunub, Rusiya bütün imkanlardan istifadə edir ki, qonşu ölkələrə onun təsiri sahəsindən çıxmağa imkan verməsin
Alman məruzəçisinin hesabatında qeyd olunub, Rusiya bütün imkanlardan istifadə edir ki, qonşu ölkələrə onun təsiri sahəsindən çıxmağa imkan verməsin

Londonda, NATO-nun Parlament Assamleyasının 65-ci sessiyasında alman məruzəçisinin, Ula Şmidtin – “NATO 70 – Aliyansın dəyərlərinin təsdiqi” hesabatını təsdiq etdi.

Gürcüstanın Birinci Kanalının jurnalistinin Londondan verdiyi məlumata görə, sənəddə Gürcüstan bir neçə dəfə xatırlanıb. Burada xüsusilə qeyd olunub ki, Rusiya ənənələrini davam etdirir və bütün imkanlardan istifadə edir ki, qonşu ölkələrə onun təsiri sahəsindən çıxmağa imkan verməsin.

“Rusiya ənənələrini davam etdirir və bütün imkanlardan istifadə edir ki, qonşu ölkələrə onun təsiri sahəsindən çıxmağa imkan verməsin. Bunun nümunəsi Ukrayna və Gürcüstana qarşı olan aqressiyadır”, – sənəddə qeyd olunub.

Bununla yanaşı, sənəddə həmçinin qeyd olunub ki, Ukrayna və Gürcüstan transformasiya yolunda möhkəm dururlar.