Rusiyada koronavirusun 8 277 yeni halı aşkar edildi
Rusiyada koronavirusun 8 277 yeni halı aşkar edildi

Rusiyada son 24 saat ərzində koronavirusun 8 277 yeni halı aşkar edildi.

Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır. Ötən bir gün ərzində Rusiyada koronavirusdan 409 insan vəfat etdi.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun  4 477 916 təsdiq olunmuş halı aşkar edilib, 98 442 insan vəfat edib.

Rusiya koronavirusun yayılması baxımından dünyada beşinci yerdədir.