Ukraynada koronavirusun 11 145 yeni halı aşkar edildi

12:14, 21.03.2021

Son 24 saat ərzində koronavirusun 11 145 halı aşkar edildi, 166 pasiyent vəfat etdi.

Müvafiq göstəriciləri Ukrayna mediası Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Son 24 saat ərzində ölkədə koronavirusdan 3 877 pasiyent müalicə olunaraq sağaldı.

Pandemiyanın başlamasından bu günə qədər, Ukraynada koronavirusun 1 546 363 halı təsdiq olunub, 29 941 pasiyent vəfat edib, 1 257 849 insan müalicə olunaraq sağalıb.

Oxşar