Vladimer Putin - Gürcüstan və Ukraynanın NATO-ya qoşulmasına Rusiyanın son dərəcə mənfi reaksiyası olacaq
Vladimer Putin - Gürcüstan və Ukraynanın NATO-ya qoşulmasına Rusiyanın son dərəcə mənfi reaksiyası olacaq

Gürcüstan və Ukraynanın NATO-ya qoşulmasına Rusiyanın son dərəcə mənfi reaksiyası olacaq.

Bu bəyanatı Rusiya prezidenti Vladimer Putin Fox News teleşirkəti ilə müsahibə zamanı verdi.

“Bu bizim milli təhlükəsizliyimiz üçün birbaşa təhlükədir” – dedi Putin.

Onun dediyinə görə, NATO infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşması böyük təhlükədir və buna mənfi reaksiya veriləcək.

“NATO-nun qərar vermə mexanizminin necə işlədiyini mən çox yaxşı bilirəm. Əlbətdə ki, oradaki bütün qərarlar konsensus nəticəsində verilir, ancaq alyansa qəbul edənə qədər NATO-nun müəyyən üzvləri ilə bəzi mövzular haqqında iki tərəfli müzakirə apara bilərik. Bunu Polşa və Ruminiya məsələsində də etdik, harda, hazırda ABŞ-ın raketə qarşı müdafiyə elementləri yerləşdirilir” – dedi Putin.

Xatırladaq ki, bir neçə gün bundan öncə, Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova bəyan etdi ki, Gürcüstanın NATO-ya daxil edilməsinə Rusiya tərəfindən mənfi reaksiya veriləcək.