Gürcüstan, Ukrayna və Moldova Xarici İşlər Nazirləri Avropa İttifaqına inteqrasiya ilə bağlı sənəd imzaladılar
“Şərq Partnyorluğu” ölkələrinin (Gürcüstan, Ukrayna və Moldova) nazirləri Bratislavada Avropa İttifaqına inteqrasiya ilə bağlı birgə sənəd imzaladılar.
Qeyd olunan sənədi nazirlər Avropa İttifaqının ali nümayəndəsi olan Cozef Borelə verdilər.
Sənəd Şərq Partnyorluğunun 10 illik yubileyinə həsr olunub və onda qeyd olunur ki, sənəd “Şərq Partnyorluğu”-nun üzv ölkələrində müsbət dəyişikliklərin həyata keçirilməsi üçün yeni imkan yaradacaq.
Üç ölkənin bu təşəbbüsü “Avropa İttifaqı + üç asosiasiyalı ölkə” formatını nəzərdə tutur.
Qeyd edilməlidir ki, sənəddə xüsusi ilə vurğulanır ki, hər bir üzv ölkə gələcəyini özü seçə bilər.
Hər üç ölkə də ərazi bütövlüyü və suverenliyinin pozulmasını müzakirə edir və Avropa İttifaqını “Şərq Partnyorluğu” ölkələrindəki münaqişələrin tənzimlənməsində yardım etməyə çağırır.