Tamar Beruçaşvili - Londonda NATO-nun yubiley tədbirləri əla platformadır ki, Gürcüstan bir daha öz cəhdlərini, nailiyyətlərini və çağırışlarını qeyd etsin
Tamar Beruçaşvili - Londonda NATO-nun yubiley tədbirləri əla platformadır ki, Gürcüstan bir daha öz cəhdlərini, nailiyyətlərini və çağırışlarını qeyd etsin

Gürcüstan Xarici İşlər naziri, David Zalkalianinin iştirak etdiyi, NATO-nun yubiley tədbirləri çərçivəsində planlaşdırılmış görüş əla platformadır ki, Gürcüstan bir daha öz cəhdlərini, nailiyyətlərini və çağırışlarını qeyd etsin, həmçinin Aliyansın təhlükəsizliyi çərçivəsində iştirakı barəsində söhbət etsin, – bu barədə Gürcüstanın Birinci Kanalına Britaniyada və Şimali İrlandiyanın Birləşmiş Krallığında Gürcüstanın fövqəladə və tam səlahiyyətli səfiri, Tamar Beruçaşvili bəyan etdi.

“Brexit, gələcək seçkilər və siyasi debatlar fonunda, London NATO-nun 70-ci ildönümü liderlərin yubiley görüşünə ev sahibliyi edir. Bu tədbir çərçivəsində çox önəmli və prestijli görüş keçirilir ki, burada xüsusi partnyor kimi Gürcüstan da iştirak edəcək. “Baltik Dənizindən Qara Dənizə qədər” adlı disskusiyada Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani iştirak edəcək və bu əla platformadır ki, Gürcüstan bir daha öz cəhdlərini, nailiyyətlərini və çağırışlarını qeyd etsin, həmçinin Aliyansın təhlükəsizliyi çərçivəsində iştirakı barəsində söhbət etsin”, – Tamar Beruçaşvili bəyan etdi.

Elə onun dediyinə görə, qeyd olunasıdır ki, Gürcüstan Xarici İşlər naziri həmçinin xüsusi işçi nahar yeməyinə dəvət olunubdur ki, ona da Britaniya Xarici İşlər naziri NATO-nun üzv ölkələrinin iştirakı ilə ev sahibliyi edəcək.

Londonda NATO-nun bu gün yubiley tədbirləri açılacaq.