İrakli Ğaribaşvili Çexiya səfirini qəbul etdi
İrakli Ğaribaşvili Çexiya səfirini qəbul etdi

Gürcüstan Müdafiə naziri, İrakli Ğaribaşvili Çexiya Respublikasının səfirinə ev sahibliyi etdi.

İrakli Ğaribaşvili və Peter Mikiski görüşdə ikitərəfli əməkdaşlıq məsələlərini və gələcək planlarını müzakirə etdilər. Gürcüstan Müdafiə naziri diplomata ölkənin avroatlantik strukturlarına inteqrasiya cəhdlərinin dəstəyinə görə minnətdarlığını bildirdi.

Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, tərəflər NATO-Gürcüstan əməkdaşlığı məsələlərinə xüsusi diqqət yetirdilər.

Gürcüstan Müdafiə naziri həmçinin xüsusilə qeyd etdi ki, son iki onillik ərzində Çexiya və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq fəal olaraq inkişaf edir.

Məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayır.