Kristian Danielson "Gürcü Arzusu" nümayəndələrilə saat 14:00-da görüşəcək
Avropa Şurası prezidenti, Şarl Mişelin şəxsi nümayəndəsi, Kristian Danielson bu gün saat 14:00-da Gürcü Arzusu” nümayəndələri ilə görüşəcək.
Məlumatı partiyanın mətbuat xidmətində təsdiq edirlər. Görüş Avropa İttifaqı nümayəndəliyinin ofisində keçiriləcək.
Kristian Danielson Gürcüstana 27 martda qayıtdı. Dünən Danielson Gürcüstanda Avropa İttifaqının və ABŞ-ın səfirləri ilə, eləcə də QHT nümayəndələri ilə görüş keçirdi. Bununla yanaşı, Kristian Danielson bu gün səhər Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili ilə görüşdü.