Üzdəniraq sövdələşmiş oyunlarla bağlı Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti bəyanat yayır
Üzdəniraq sövdələşmiş oyunlarla bağlı Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti bəyanat yayır

“Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları, keçirilmiş əməliyyat-axtarış və istintaq hərəkətləri nəticəsində, qrup şəklində kommersiya rüşvət faktı üzrə beynəlxalq dərəcəli hakimləri – Zaza Maçaladze, İrakli Berişvili və David Berişvili və “Soxumi” basketbol klubunun məşqçisi Vaja Kvaratsxeliya və həmin klubun həmsahibi  – Temur Datikaşvilini yaxaladılar.

İstintaqla müəyyənləşdirildi ki, Vaja Kvaratsxeliya basketbolun beynəlxalq dərəcəli hakimləri – Zaza Maçaladze, İrakli Berişvili və David Berişvilinin yardımı ilə, rüşvət müqabilində Gürcüstan basketbol çempionatının –  “Superliqanın” müxtəlif matçlarında istənilən nəticəni qeydə alırdılar. Vaja Kvaratsxeliya və Temur Datikaşvili hər bir üzdəniraq sövdələşmiş oyun əvəzinə vətəndaşdan 12 000 larinin ödənilməsini tələb etdilər. Buradan 2000 dollar hakimlər üçün nəzərdə tutulmuşdu.

2017-ci ilin 15 və 16 dekabrda basketbol çempionatının üç görüşü istənilən nəticə ilə keçirildi və  Zaza Maçaladze, İrakli Berişvili, David Berişvili, Vaja Kvaratsxeliya və Temur Datikaşvili tələb olunan məbləğə, 36 000 lariyə  sahib oldular.

İstintaq GCM-nin 221-ci maddəsinin dördüncü hissəsinin “a” bəndi ilə aparılır. İstintaqı Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyi həyata keçirir”, – DTX-nin məlumatında deyilir.