Üzdəniraq sövdələşmiş oyunlar işi üzrə yaxalanan hər beş nəfər Modul Binasındadır
Üzdəniraq sövdələşmiş oyunlar işi üzrə yaxalanan hər beş nəfər Modul Binasındadır

Üzdəniraq sövdələşmiş oyunlar işi üzrə yaxalanan hər beş nəfər Modul Binasındadır. İlk başdan, DTX-nin binasına üç yaxalananı götürdülər və sorğu etdilər.

Mövcud olan məlumata görə, onlara qarşı rəsmi olaraq ittihamə bu gü və ya sabah irəli sürəcəklər.

Birinci Kanala Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətindən bildirilən bəyanata görə, onlardan dördünü Tbilisidə, “Soxumi” basketbol klubunun məşqçisi Vaja Kvaratsxeliyanı isə – Bakurianidə yaxaladılar.

DTX hakimlər və məşqçilərin yaxalanması barəsində məlumatı bu gün yaydır. Dövlət Təhlükəsizlik Xidməti yaxalanların kimliyini açıqladı.

“Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları, keçirilmiş əməliyyat-axtarış və istintaq hərəkətləri nəticəsində, qrup şəklində kommersiya rüşvət faktı üzrə beynəlxalq dərəcəli hakimləri – Zaza Maçaladze, İrakli Berişvili və David Berişvili və “Soxumi” basketbol klubunun məşqçisi Vaja Kvaratsxeliya və həmin klubun həmsahibi  – Temur Datikaşvilini yaxaladılar.

İstintaqla müəyyənləşdirildi ki, Vaja Kvaratsxeliya basketbolun beynəlxalq dərəcəli hakimləri – Zaza Maçaladze, İrakli Berişvili və David Berişvilinin yardımı ilə, rüşvət müqabilində Gürcüstan basketbol çempionatının –  “Superliqanın” müxtəlif matçlarında istənilən nəticəni qeydə alırdılar. Vaja Kvaratsxeliya və Temur Datikaşvili hər bir üzdəniraq sövdələşmiş oyun əvəzinə vətəndaşdan 12 000 larinin ödənilməsini tələb etdilər. Buradan 2000 dollar hakimlər üçün nəzərdə tutulmuşdu.

2017-ci ilin 15 və 16 dekabrda basketbol çempionatının üç görüşü istənilən nəticə ilə keçirildi və  Zaza Maçaladze, İrakli Berişvili, David Berişvili, Vaja Kvaratsxeliya və Temur Datikaşvili tələb olunan məbləğə, 36 000 lariyə  sahib oldular.

İstintaq GCM-nin 221-ci maddəsinin dördüncü hissəsinin “a” bəndi ilə aparılır. İstintaqı Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyi həyata keçirir”, – DTX-nin məlumatında deyilir.

Şərh yaz