Ukrayna Sərhəd Xidməti təsdiq edir ki, Mixail Saakaşvilini Polşaya qovdular
Ukrayna Sərhəd Xidməti təsdiq edir ki, Mixail Saakaşvilini Polşaya qovdular
Ukrayna Sərhəd Xidməti rəhbərinin köməkçisi, Oleq Slobodian təsdiq edir ki, Odessanın keçmiş qubernatoru, Mixail Saakaşvilini bir neçə ay bundan əvvəl sərhədi qeyri qanuni keçdiyi Polşaya qovdular.

Bu barədə Slobodian Ukrayna mətbuatına bəyan etdi.

Mixail Saakaşvilinin partiyasının məlumatına görə, Saakaşvili olduğu təyyarə Varşava aeroportuna bir neçə dəqiqəyə enəcək.

Ukrayna mətbuatının məlumatına görə, Saakaşvili Kiyevdən yerli saat 16:00-da çarter reysi ilə uçdu.

Xatırladaq ki, Odessanın keçmiş qubernatoru, Mixail Saakaşvilini naməlum silahlı şəxslər, SULUGUNI restoranında yaxaladılar. Sosial şəbəkədə Saakaşvilinin yaxalanmasını əks etdirən videomaterial da yayıldı.