Ukrayna mətbuatı - Saakaşvili Polşaya yerli vaxtla saat 16:00-da uçdu
Ukrayna mətbuatı - Saakaşvili Polşaya yerli vaxtla saat 16:00-da uçdu

SULUGUNI restoranında bir neçə saat bundan əvvəl yaxalanan, Odessanın keçmiş qubernatoru, Mixail Saakaşvili artıq Polşaya uçdu.

Ukrayna mətbuatının məlumatına görə, Saakaşvili Kiyevdən yerli saat 16:00-da çarter reysi ilə uçdu.

Mətbuat vasitələrinin yazdığına görə, bu deportasiya deyil, readmisiyadır, yəni Ukrayna sərhədini qeyri qanuni keçdiyi ölkəyə geri qaytarılma.

Xatırladaq ki, Odessanın keçmiş qubernatoru, Mixail Saakaşvilini naməlum silahlı şəxslər, SULUGUNI restoranında yaxaladılar. Sosial şəbəkədə Saakaşvilinin yaxalanmasını əks etdirən videomaterial da yayıldı.