Tinatin Berdzenişvili - Avroviziyanın birinci günü biletlər presedentsiz sayda satıldı, bu deməkdir ki, maraq böyükdür
Tinatin Berdzenişvili - Avroviziyanın birinci günü biletlər presedentsiz sayda satıldı, bu deməkdir ki, maraq böyükdür

Avroviziyanın müsabiqəsi İctimai Yayımçı üçün ikiqat əhəmiyyətlidir, çünki bu yalnız mahnı müsabiqəsi deyil, bu mediya üçün müsabiqədir ki, onun da nümayəndələri Avroviziya səhnəsində baş verən yeni texniki imkanlarını görürlər, – bu haqqda İctimai Yayımçının Mediya və Kommunikasiya blokunun direktoru, Tinatin Berdzenişvili Avroviziya Uşaq Mahnı Müsabiqəsi ilə bağlı mətbuat konfransında bildirdi.

Tinatin Berdzenişvilinin qeyd etdiyinə görə, əksər hallarda söhbət gedir ki, Avroviziya siyasi müsabiqədir, lakin Uşaq Avroviziyası yalnız onun üçündür ki, uşaqlar səhnədə və səhnədən kənar maksimal zövq alsınlar.

“Birinci gün biletlər presedentsiz sürətlə satıldı, bu deməkdir ki, konsertə qarşı maraq böyükdür, buna da bizim çox yaxşı aparıcılarımız şərait yaradacaqlar. Təşəkkürlər ki, bu biletlər hamı üçün əlçatandır. Avroviziya konsertinin biletləri satışa hələ mərhələ şəklində çıxır və noyabrın 26-nın şousuna da biletlərin satışı mümkündür. Buna görə də bizim pərəstişkarlarımızı – uşaqları gözləyirik”, – Tinatin Berdzenişvili bəyan etdi.

Elə onun dediyinə görə, Avroviziya bir və iki konsertlə sona yetmir. Bu kompleks tədbirlərdir ki, noyabrın 19-da başlayacaq və noyabrın 26-da sona yetəcək.

Tinatin Berdzenişvili Avroviziya müsabiqəsində səs vermə qaydalarında dəyişikliklər haqqında da söhbət etdi və qeyd etdi ki, bu il onlayn istifadəçi əlavə olunur ki, onların da müsabiqə iştirakçılarına səs vermə imkanları olacaq.