Soso Qoqaşvili - Pankisi xüsusi əməliyyat zamanı olmamışam, mənə qarşı ittihamlar absurddur, hər bir suala yaxın gələcəkdə cavab verəcəm, Prokurorluğun suallarını cavablandıracam
Soso Qoqaşvili - Pankisi xüsusi əməliyyat zamanı olmamışam, mənə qarşı ittihamlar absurddur, hər bir suala yaxın gələcəkdə cavab verəcəm, Prokurorluğun suallarını cavablandıracam

Pankisi xüsusi əməliyyat zamanı olmamışam, mənə qarşı ittihamlar absurddur, hər bir suala yaxın gələcəkdə cavab verəcəm, Prokurorluğun suallarını cavablandıracam, – bu barədə DTX-nin keçmiş rəhbərinin birinci müavini, Soso Qoqaşvili Gürcüstanın Birinci Kanalı ilə söhbəti zamanı bəyan etdi.

“İttihamları çoxdandır ki, eşidirəm. Dəlillərim var ki, mənə qarşı ittihamlar absurddur. Tələb edirəm məni və yanlnız məni deyil, sorğu etsinlər. Xüsusi əməliyyat zamanı orda olanları dindirsinlər. Mənim həmin vaxt Tbilisidə yanında olduğum insanları sorğu etsinlər. Halbuki Pankisidə ki, olmamışam, burada gizlədiləsi bir şey görmürəm. Oraya mənim əməkdaşlarım öz vəzifələrini yerinə yetriməyə getmişdilər və mənim oraya getməyim lazım olsa idı, gedərdim.

Mənim işlədiyim zaman, heç bir dəfə də Pankisiyə getməyim lazım gəlməyib, çünki maksimal şəkildə vəziyyət nəzarət altında idi, prevensiya tədbirləri görülürdü ki, insanlar “İslam Dövlətinə” getməsinlər. Biuna görə, bir neçə nəfər məsuliyyətə cəlb olundu. Bizim işimiz Dövlət Departamentinin hesabatna da düşdü. Buradan irəli gələrək mənə qarşı olan ittihamlar absurddur. Btün suallara yaxın gələcəkdə cavab verəcəm. İndi yalnız qısa şərh verirəm. Prokurorluğun suallarını cavablandıracam”, – Soso Qoqaşvili bəyan etdi.

Suala ki, Maçalikaşvililərin terrorizmlə əlaqəsi var ya yox, Soso Qoqaşvili bəyan edir ki, buna cavabı yoxudur və bu barədə yaxın gələcəkdə söhbət edəcək.