Prezident İctimai Yayımçının İcraçı Şurasının üzvləri ilə görüşür
Prezident İctimai Yayımçının İcraçı Şurasının üzvləri ilə görüşür

“Yayımlar haqqında” qanuna dəyişikliklərin edilməsi ilə bağlı, Gürcüstan prezidenti İctimai Yayımçının İcraçı Şurasının üzvləri ilə görüşür.

Görüş başlamamışdan əvvəl şərhlər verilməyib.

İctimai Yayımçının baş direktoruna Rustavi 2 teleşirkəti sual ilə müraciət etdi – “bir çox milyonlu büdcəniz olduğu zaman, bu təqdirdə əlavə dəyişikliklərin həyata keçirilməsi nəyə görə lazım gəlir”. Vasil Mağlaperidze cavab verdi:

“Bu çox yaxşı layihədir və bütün mətbuatın inkişafına imkanlar yaradacaq. Maraqlanırsınızsa, üstünlü şəraitdə həqiqətən deyil. Milyonlardan söhbət gedəndə, özəlliklə də sizdən, Rustavi 2-dən xahiş edirəm, bir televizyanın yaradılmasına yetərli olan həcmində, dövlət tərəfindən bağışlanan, büdcədən bağışlanan borcları xatırlayasınız”, – İctimai Yayımçının baş direktoru qeyd etdi.

Buna qədər prezident administrasiyasında mediya və QHT bölməsinin nümayəndələri ilə görüş keçirildi.

“Yayımlar haqqında” qanunvericilik zərfini Gürcüstan parlamenti, 85 leyhinə, 6 əleyhinə olaraq dekabrın 14-də təsdiq etdi.