Vasil Mağlaperidze - Azərbaycan və erməni dilli məktəblər üçün onlayn-olimpiada, bir baxışda göründüyündən daha əhəmiyyətli bir layihədir
Vasil Mağlaperidze - Azərbaycan və erməni dilli məktəblər üçün onlayn-olimpiada, bir baxışda göründüyündən daha əhəmiyyətli bir layihədir

Qeyri-gürcü əhali üçün gürcü dilinin öyrənilməsi, ölkəmizin qarşısında duran önəmli bir çağırışdır. Biz bu problemə yaxından baxırıq və bu problemi başqalarının da görməsini istəyirik, – Bu barədə bəyanatı Gürcüstanın Birinci Kanalının baş direktoru Vasil Mağlaperidze, Gürcüstanın Birinci Kanalında erməni və Azərbaycan məktəblərinin şagirdləri üçün onlayn-olimpiadanın açılışında verdi.

“Bu çox əhəmiyyətli bir layihədir. İlk baxışda göründüyündən çox daha önəmli bir layihədir. Bir yandan gürcü dilinin öyrənilməsi üçün stimuldur, digər yandan isə, qeyri-gürcü əhalinin gürcü dilini bilmək məsələsinə diqqətin yetirilməsidir. Az çox mən də bilirəm bu problemi. Düşünürəm ki, tez və effektiv şəkildə hərəkət etməliyik, çünki, qeyri-gürcü gəncləri dövlət dilini bilmədikləri üçün ölkənin ictimai həyatına qoşula bilmirlər. Belə olduğu halda isə, ölkə üçün onlardaki resurs, istedad və energiya itmiş olur. Düşünürəm ki, panikalıq birşey yoxdur, ancaq müəyyən addımlar atılmalıdır ki, qısa müddətdə bu problemi həll edə bilək. Bütün resursları xərcləməliyik ki, qeyri-gürcü gənclərimiz, istedadlı insanlar ölkənin ictimai həyatına qoşula bilsinlər” – dedi Vasil Mağlaperidze.

Onun dediyinə görə, Gürcüstanın Birinci Kanalı qeyri-gürcü əhalinin gürcü dilini bilmək məsələsinə yaxınlaşmaq üçün müxtəlif yolları göstərmək məqsədi ilə müəyyən layihələr həyata keçirdi.

Mağlaperidze bəyan edir ki, layihənin müəllifləri çox böyük iş gördülər.

“Layihənin məqsədi insanlara problemin özünü göstərməkdir. Əminəm ki, bu problemi həll edə biləcəyik. Bir çox layihə üzərində işləyirik. Təhsil kanalı yaradıldı, resursların mobilizasiyası həyata keçirilir. İlk öncə maddi resurslardan söhbət gedir. Bu istiqamətdə çox işlər görülməlidir” – dedi Vasil Mağlaperidze.

Gürcüstanın Birinci Kanalında erməni və Azərbaycan məktəbləri üçün onlayn olimpiada başladı. Olimpiadada iştirak etmək istəyini 200-ə qədər yeddinci sinif şagirdi bildirdi. Hər bir iştirakçıya gürcü dili və ədəbiyyat sertifikatları veriləcək.

Layihənin məqsədi etnik azlıqların yaşadığı bölqəlrdə gürcü dilinin populyarizasiyasıdır.

Cari ildə layihə Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə keçirilir.

Layihənin Facebook səhifəsində periodik olaraq viktorinalar keçiriləcək.

Bununla yanaşı, Birinci Kanalın – Təhsil Kanalı “Tele-məktəbdə” Azərbaycan və erməni dilli məktəblərin şagirdləri üçün gürcü dili dərsləri keçirilir.