Gürcüstanın Birinci Kanalı qısa metrajlı televiziya bədii filmləri layihələrinin qəbuluna başlayır
Gürcüstanın Birinci Kanalı qısa metrajlı televiziya bədii filmləri layihələrinin qəbuluna başlayır

Gürcüstanın Birinci Kanalında qısa metrajlı televiziya bədii filmləri layihələrinin qəbulu başlayır. Filmin ssenarisi gürcü və ya xarici ədəbiyyat əsəri motivləri üzrində qurulmuş olmalıdır. Filmin büdcəsi 60 000 laridən artıq olmamalıdır. Filmlər janr baxımından məhdudlaşdırılmır, lakin büdcədən irəli gələrək kütləvi səhnələri, bahalı tarixi rekonstruksiyaları, lokasiya və iştirakçıların çox sayını əhatə etməməlidir. Filmin xronometrajı 26 dəqiqədən az və 52 dəqiqədən çox olmamalıdır. Layihəni tele və kino istehsal edən prodüser şərkətləri təqdim edə bilərlər.

“Birinci Kanal buna qədər daha çox sənədli filmlərə diqqət yetirilirdi, lakin 2020-ci ildə seriallın çəkilişlərinə başladıq. İndi isə, qərar verildi ki, 2021-ci ildən qısa metrajlı filmlərin istehsalına başlayacağıq. Layihələrin qəbulunu artıq elan etdik”, – Gürcüstanın Birinci Kanalının baş direktoru, Vasil Mağlaperidze bəyan etdi.

Elə onun dediyinə görə, qısa metrajlı televiziya bədii filmləri layihələrinin qəbulu artıq bir neçə saatdır başlayıb və maraq böyükdür.

Sənədlərin qəbulu bu gündən “[email protected]” ünvanında elektron formada qəbul olunur. Layihələrin təqdim edilməsinin son müddəti 2020-ci il 1 noyabrdır.

 

 

Şərh yaz