Vasil Mağlaperidze - Gürcüstanın Birinci Kanalının binası tikilməlidir, bu qərarın alternativi yoxdur
Vasil Mağlaperidze - Gürcüstanın Birinci Kanalının binası tikilməlidir, bu qərarın alternativi yoxdur

Gürcüstanın Birinci Kanalının binası tikilməlidir, bu qərarın alternativi yoxdur, – bu barədə Gürcüstanın Birinci Kanalının baş direktoru, Vasil Mağlaperidze bəyan etdi.

Vasil Mağlaperidzenin dediyinə görə, yeni binanın tikintisi barəsində qərar, Kostava küçəsində mövcud olan binanın qəzalı vəziyyətdə olmasına görə, bir neçə il bundan əvvəl artıq qəbul olunub, lakin tikintinin hansı forma ilə baş verməsi qərarı verilməmişdi.

“Kostava küçəsində olan binanın bərpası mümkün deyil və onun qəzalı vəziyyəti getdikcə ağırlaşır. Burada binanın əyilməsindən başqa, yeraltı su məsələsi də var. Buna görə, bir neçə il bundan əvvəl  yeni bina barəsində qərar qəbul etdilər. Halbuki televiziyanın haraya keçməsi və binanın hansı forma ilə tikilməsi barəsində qərar qəbul olunmamışdı. Əgər televiziya öz yerində qalsa idi, bu bina uçurulmalı və yenidən tikilməli idi. Bu isə, ağır problemlərlə bağlıdır – televiziya işini dayandırmalı idi, bu qədər insan işsiz qalmalı idi, ölkə isə – İctimai Yayımçısız. Bu barədə bir çox insan düşünürdü və çıxış yolu tapıldı – televiziya üçün torpaq ayrıldı və tikinti xərcini televiziya öz büdcəsindən ödəyəcək. Gürcüstanın Birinci Kanalı daha artıq optimal, vəziyyətə daha müasir münasib olan binanı tikəcək.

Bir həftə bundan əvvəl tikinti icazəsini aldıq, böyük işlər görülüb və başlayırıq. Ümid edirəm ki, tender uğurla başa çatacaq və tikintiyə başlayacağıq”, – Vasil Mağlaperidze bəyan edir.

Gürcüstanın Birinci Kanalı yeni bina tikintisi barəsində tenderi bu gün elan etdi.

Şərh yaz