Parlament DTX rəhbəri olaraq Qriqol Liluaşvilini təsdiq etdi
Parlament DTX rəhbəri olaraq Qriqol Liluaşvilini təsdiq etdi

Parlament Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri olaraq Qriqol Liluaşvilini təsdiq etdi. Qriqol Liluaşvilinin namizədliyini plenar iclasda müzakirəsiz səsə qoydular.

DTX-nin rəhbəri olaraq Qriqol Liluaşvilini 85 deputat dəstəklədi. Altı nəfər isə, əleyhinə çıxdı.

Parlament onu altı il müddətinə vəzifəyə seçdi.