Mixeil Çxenkeli - Hər bir məktəbin maksimal təhlükəsiz olmasına nail olacağıq
Mixeil Çxenkeli - Hər bir məktəbin maksimal təhlükəsiz olmasına nail olacağıq

Gürcüstan Təhsil Naziri Mixeil Çxenkeli Tbilisidə, Xorava küçəsində baş verən hadisə ilə bağlı bəyanat verdi və həlak olanların ailə üzvlərinə başsağlığı verdi.

Mixeil Çxenkeli bildirib ki, müvafiq orqanlar həqiqəti müəyyənləşdirmək üçün hər şeyi edirlər.

“İlk növbədə həlak olanların ailə üzvlərinə, yaxınlarına, bütün ictimaiyyətə başsağlığı verirəm. Övladlarımızın təhlükəsizliyi əsas marağımızdır. Bu gün nazirliyin əsas qayğısı işləri gücləndirməkdir ki, bənzər faciə bir daha təkrar olunmasın”, – nazir bəyan etdi.

Onun sözlərinə görə, Daxili İşlər naziri ilə görüşdü, cinayətkarlığın qarşısını almaq üçün, nazirliklər arasında əməkdaşlıq dərinləşəcəkdir.

“Dünən Daxili İşlər naziri ilə görüşdüm. Nazirliklər arasında cinayətkarlığın qarşısını almaq üçün əməkdaşlığı dərinləşdirmək lazımdır. razılaşdıq ki, idarələrarası işçi qrup yaradılacaqdır və prevensiyanın konkret planı və prossesin tam koordinasiyasını yerinə yetirəcəkdir”, – nazir qeyd etdi.

Elə onun dediyinə görə, məktəblərdə prevensiya, maarifləndirmə və informasiya aktivliklərinin, ictimai qaydaların və məktəb dissiplinin müdafiəsi, bulinq və zoraklığa qarşı mübarizə işləri faəllaşacaqdır.

Çxenkelinin dediyinə görə, nazirlik ictimaiyyət ilə əməkdaşlıqa açıqdır və birgə səylərlə hər bir məktəbin maksimal təhlükəsiz olmasına mütləq nail olunacaqdır ki, bənzər faciə bir daha təkrar olunmasın