Acaradan başqa, uşaq bağçaları fəaliyyətlərinə 12 oktyabrdan başlayacaqlar
Acaradan başqa, uşaq bağçaları fəaliyyətlərinə 12 oktyabrdan başlayacaqlar, – bu barədə Gürcüstan Təhsil naziri, Mixeil Çxenkeli bəyan etdi.
“Acaradan başqa, uşaq bağçaları bütün ölkə ərazisində işləməyə başlayacaqlar. Bu 12 oktyabrda baş verəcək”, – Çxenkeli bildirdi.
Bununla yanaşı, nazir qeyd etdi ki, rekomendasiyaların müdafiəsi önəmlidir.
“İctimaiyyətdən bir daha xahiş etmək istəyirəm, çox önəmlidir ki, səhiyyə sahəsinin rekomendasiyaları müdafiə olunsun. Uşaqlara, məktəb şağirdlərinə, tələbələrə məktəb otaqlarında və auditoriyalarda təhsillərini davam etdirməyə imkanlar verək”, – nazir bəyan etdi.