Acaradan başqa, ali və peşə məktəblərində tədris 19 oktyabrdan auditoriyalarda yeniləşəcək
Acaradan başqa, ali və peşə məktəblərində tədris 19 oktyabrdan auditoriyalarda yeniləşəcək

Acaradan başqa, bütün tələbələr 19 oktyabrdan auditoriayalara qayıdacaqlar, – bu barədə Təhsil naziri, Mixeil Çxenkeli koordinasiya şurası iclasının başa çatmasından sonra bəyan etdi.

“19 oktyabrdan universitetlər, peşə məktəbləri artıq distansiyalı rejimdə deyil, təhsil və işlərini bilavasitə auditoriyalarda davam etdirəcəklər. İctimaiyyətdən bir daha xahiş etmək istəyirəm, çox önəmlidir ki, səhiyyə sahəsinin rekomendasiyaları müdafiə olunsun. Uşaqlara, məktəb şağirdlərinə, tələbələrə məktəb otaqlarında və auditoriyalarda təhsillərini davam etdirməyə imkanlar verək.

Dinamikaya çox detallı şəkildə müşahidə edirik. Adaptasiya prosesi mərhələlərini nəzərə alaraq bu tarixlər seçilib – 12 və 19 oktyabr, hər ikisi bazar ertəsidir. Şagird və tələbələrin məktəb otaqlarına və auditoriyalara dönmələri mərhələ şəklində baş verəcək. Acaradan başqa, birincidən altıncı sinif də daxil olmaqla, auditoriyalara qayıdırlar. Yeddidən 12-ci sinifə gəldikdə, bununla bağlı gələcəkdə bəyanat verəcəyik”, – Mixeil Çxenkeli bəyan etdi.