Mixeil Çxenkeli - qadınların ictimaiyyətdə rolu pozitiv dəyişikliklər və sülhün bərqərar olunması baxımından ölçülməzdir
Mixeil Çxenkeli - qadınların ictimaiyyətdə rolu pozitiv dəyişikliklər və sülhün bərqərar olunması baxımından ölçülməzdir

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri, Mixeil Çxenkeli qadınları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir.

“Əziz qadınlar, səmimi qəlbdən sizi Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmək istəyirəm. Düşünürəm, ictimai həyatda sizin fəal iştirakınız və qoşulmanızın çox böyük əhəmiyyəti var. Qadınların ictimaiyyətdə rolu pozitiv dəyişikliklər və sülhün bərqərar olunması baxımından ölçülməzdir

Sevinirəm ki, bugünki günü Gürcüstanda bir çox qadın gələcək nəslin yetişdirilməsi və layiqli vətəndaş kimi formalaşması işinə xidmət göstərir. Fəaliyyətinizə görə, təşəkkürümü bildirmək istəyirəm.

Bütün qadınlara sağlamlıq, xoşbəxtlik və ölkənin firəvanlığı uğrunda nailiyyətlər arzulayıram”, – Çxenkelinin təbrikində deyilir.