11-12 martda Gürcüstana Macarıstan Xarici İşlər və Ticarət naziri, Piter Siiarto səfər edəcək
11-12 martda Gürcüstana Macarıstan Xarici İşlər və Ticarət naziri, Piter Siiarto səfər edəcək

11-12 martda Gürcüstana Macarıstan Xarici İşlər və Ticarət naziri, Piter Siiarto səfər edəcək.

Gürcüstana işgüzar səfər çərçivəsində, Piter Siiarto Gürcüstanın baş naziri İrakli Ğaribaşvili, Xarici İşlər naziri David Zalkaliani və İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava ilə görüşəcək.

Macarıstan Xarici İşlər və Ticarət nazirinin səfəri çərçivəsində Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ilə Macarıstanın İnnovasiya və Texnologiya Nazirliyi arasında ali təhsili internasionalizasiyası barəsində ikitərəfli anlaşma memorandumu imzalanacaq.

Həmçinin, Macarıstan Tədqiqatlar, İnkişaf və İnnovasiyalar Milli Ofisi və Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi arasında elmi və texnoloji əməkdaşlıq barəsində memorandum imzalanacaq. Memorandumu Macarıstan tərəfindən Piter Siiarto vıGürcüstan tərəfindən Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri, Mixeil Çxenkeli imzalayacaq.