Mənim üçün bir polisi qətlə yetirənin və ümumiyyətlə qatillərin əfv edilməsi qətiyyən qeyri-məqbuldur
Mənim üçün bir polisi qətlə yetirənin və ümumiyyətlə qatillərin əfv edilməsi qətiyyən qeyri-məqbuldur

Əfv prezidentin diskresiyasıdır, ancaq mənim üçün bir polisi qətlə yetirənin və ümumiyyətlə qatillərin əfv edilməsi qətiyyən qeyri-məqbuldur, – bu barədə bəyanatı baş nazir Giorgi Qaxaria jurnalistlərlə söhbət zamanı verdi.

“Əlbəttə ki, əfv məsələsində islahatlar zəruridir və prezident də bununla razılaşaraq, moratorium elan etdi.

Bu məsələ parlamentlə bərabər, açıq şəkildə müzakirə olunmalıdır ki, müəyyən filtr yaradılsın və qatillərin bu şəkildə azad olunmasına yol verilmısin” – dedi Giorgi Qaxaria.

Xatırladaq ki, Gürcüstan prezidenti Salome Zurabişvili bugün məhkumların əfv edilməsinə moratorium elan etdi.

Onun dediyinə görə, əfv qaydalarını parlamentin işçi qrupu müzakirə edib, yenidən hazırlamalıdır.