Giorgi Qaxaria - Proporsiyonal seçkilər ölkənin demokratik inkişafı üçün mütləq atılması gərəkən bir addımdır və ümid edirəm ki, hər bir deputat səs vermə zamanı bu məsuliyyəti dərk edəcək
Giorgi Qaxaria - Proporsiyonal seçkilər ölkənin demokratik inkişafı üçün mütləq atılması gərəkən bir addımdır və ümid edirəm ki, hər bir deputat səs vermə zamanı bu məsuliyyəti dərk edəcək

“Proporsiyonal seçkilər ölkənin demokratik inkişafı üçün mütləq atılması gərəkən bir addımdır və ümid edirəm ki, hər bir deputat səs vermə prosesində iştirak edən zaman, ölkənin demokratik inkişafının və hər bir vətəndaşın qarşısında olan məsuliyyətini dərk edəcək”, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria bu günki hökümət iclasında verdi.

Giorgi Qaxaria qeyd etdi ki, sıfır baryerlə, proporsiyonal seçkilərin keçirilməsi ilə bağlı qərar, iqtidar dəstəsi tərəfindən, ölkədə demokratik proseslərin tezləşdirilməsi məqsədi ilə verildi.

“Bu məsələ ilə bağlı mövqemiz eynidir və xüsusi ilə vurğulayıram ki, proporsiyonal seçki sistemi ölkənin demokratik inkişafı üçün mütləq atılması gərəkən bir addımdır” – dedi Qaxaria.