Giorgi Qaxaria - Proporsiyonal seçki sistemi irəli atılan bir addımdır və bu sistemi ölkəmiz 2024-cü ildə qəbul edəcək
Giorgi Qaxaria - Proporsiyonal seçki sistemi irəli atılan bir addımdır və bu sistemi ölkəmiz 2024-cü ildə qəbul edəcək

“Proporsiyonal seçki sisteminə keçmək üçün müəyyən prosedurlar lazım idi, hansıları təəssüf ki, hazırladığımız qanunlayihə keçə bilmədi”, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria verdi.

Qaxarianın dediyinə görə, bu təşəbbüs konstitusiyada qalacaq və 2024-cü ildə həyata keçiriləcək.

“Təəssüf ki, proporsiyonal seçki sistemi ilə bağlı qanunlayihə müəyyən prosedurları keçə bilmədi, ancaq o konstitusiyada saxlanacaq və 2024-cü ildə mütləq həyata keçiriləcək.

Proporsiyonal seçki sistemi irəli atılan bir addımdır, çünki o ölkəmizin siyasi mədəniyyətini kökündən dəyişəcək. Bu bizim təşəbbüsümüz idi və bu sistemi ölkəmiz 2024-cü ildə qəbul edəcək.