Giorgi Qaxaria - Pensiya yaşına çatmış müəllimləri layiqli şəkildə uğurlamanın ikinci mərhələsinə keçirik
Giorgi Qaxaria - Pensiya yaşına çatmış müəllimləri layiqli şəkildə uğurlamanın ikinci mərhələsinə keçirik

Pensiya yaşına çatmış müəllimləri layiqli şəkildə uğurlamanın ikinci mərhələsinə keçirik, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria hökümət iclasında verdi.

Baş nazir qeyd etdi ki, müəllimlərin maliyyələşdirilməsinin ikinci mərhələsi başlayır.

Qaxaria xüsusi ilə vurğuladı ki, layihənin ilk mərhələsi müvəffəqiyyətlə başa çatdı və layihəyə qoşulan 6 450 əməkdar müəllim pul mükafatını aldı.

“İkinci mərhələ 2019-cu ilin sonunda başa çatacaq.

Düşünürəm ki, bu layihə həm əməkdar müəllimlərimizi layiqli şəkildə uğurlamaq imkanı verir, həm də, təhsil sahəsində gənc müəllimlərin fəaliyyətə başlamasına və təhsin sisteminin gücləndirilməsinə yol açır. Belə layihələri gələcəkdə də həyata keçirməyi planlaşdırırııq” – dedi baş nazir.