Giorgi Qaxaria rəsmi səfərlə Türkiyəyə gedib
Giorgi Qaxaria rəsmi səfərlə Türkiyəyə gedib

Gürcüstanın baş naziri Giorgi Qaxarianın qonşu ölkələrə rəsmi səfəri davam edir

Baş nazir bu dəfə rəsmi səfərlə Türkiyəyə getdi.

Gürcüstanın baş nazirinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində, Ankarada yüksək səviyyəli görüşlər planlaşdırılır.

Baş nazirin nümayəndə heyyətində Xarici İşlər Naziri Davit Zalkaniani, İqtisadiyyat Naziri Natia Turnava və Xarici Əlaqələr məsələləri üzrə baş nazirin müşaviri İrakli Çikovani var.