İnternetməkanda Batumi haqqında yeni videoçarx yerləşdirldi

İnternetməkanda Batumi haqqında bu gün yeni videoçarx yerləşdirldi. Acara Turizm Departamenti videoçarxı “Batumini Seç” kampaniyası çərçivəsində hazırladı.

Videoçarxda 15 tanınmış gürcü aktyoru, musiqiçisi, bəstəkarı, rejissoru, teleaparacısı, fotosənətkarı, müğənnisi, yazıçısı, şoumeni və modeli iştirak edir. Onlar öz hisslərini Acaranın müxtəlif turist yerlərindən xatırlayırlar və insanları Acarada istirahət etməyə çağırırlar.

Acara Turizm Departamenti bölgənin reklamını ölkə miqyasında sentyabrın sonuna kimi davam etdirəcək. Xaricdə isə, Acara turist imkanları ilə ilin sonuna qədər tanış olacaqlar.