Acarada koronavirusun səkkiz yeni halı aşkar edildi, doqquz pasiyent sağaldı

11:52, 13.03.2021

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun səkkiz yeni halı aşkar edildi, doqquz pasiyent müalicə olunaraq sağaldı. İdarənin məlumatına görə, sağalanaların sayı 35 819-a çatdı.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən ikisinin vəziyyəti kritikdir. Cəmi klinikada 92, kovid-mehmanxanada 29 və onlayn klinikada 78 pasiyent müalicə olunur.

Acarada son 24 saat ərzində koronavirusdan müalicə olunan iki pasiyent klinikanı tərk etdi.

Oxşar