Acarada koronavirusun doqquz yeni halı aşkar edildi, 15 pasiyent sağaldı

12:18, 22.03.2021

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun doqquz yeni halı aşkar edildi, 15 pasiyent müalicə olunaraq sağaldı. İdarənin məlumatına görə, sağalanaların sayı 35 931-ə çatdı.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən üçünün vəziyyəti kritikdir. Cəmi klinikada 105, kovid-mehmanxanada 35 və onlayn klinikada 103 pasiyent müalicə olunur.

Acarada son 24 saat ərzində koronavirusdan müalicə olunan altı pasiyent klinikanı tərk etdi.

Oxşar