Acarada koronavirusun 18 yeni halı aşkar edildi, 17 pasiyent sağaldı

12:18, 16.03.2021

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun 18 yeni halı aşkar edildi, 17 pasiyent müalicə olunaraq sağaldı. İdarənin məlumatına görə, sağalanaların sayı 35 860-a çatdı.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən ikisinin vəziyyəti kritikdir. Cəmi klinikada 94, kovid-mehmanxanada 25 və onlayn klinikada 69 pasiyent müalicə olunur.

Acarada son 24 saat ərzində koronavirusdan müalicə olunan on pasiyent klinikanı tərk etdi.

Oxşar