Acarada koronavirusun 42 yeni halı aşkar edildi, 16 pasiyent sağaldı

11:37, 23.03.2021

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun 42 yeni halı aşkar edildi, 16 pasiyent müalicə olunaraq sağaldı. İdarənin məlumatına görə, sağalanaların sayı 35 947-ə çatdı.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən üçünün vəziyyəti kritikdir. Cəmi klinikada 113, kovid-mehmanxanada 31 və onlayn klinikada 102 pasiyent müalicə olunur.

Acarada son 24 saat ərzində koronavirusdan müalicə olunan altı pasiyent klinikanı tərk etdi.

Oxşar