İqtisadiyyat Nazirliyinin keçmiş binasında mehmanxananın təşkili işləri bu vaxta qədər başlamayıb
İqtisadiyyat Nazirliyinin keçmiş binasında mehmanxananın təşkili işləri bu vaxta qədər başlamayıb

Tbilisidə, Çanturiya küçəsində yerləşən İqtisadiyyat Nazirliyinin keçmiş binasında mehmanxananın təşkili işləri bu vaxta qədər başlamayıb. Obiyekti “Hualinq Qrup” 2016-cı ildə 9milyon 450 dollara aldı.

Şərtlərə əsasən, sərmayədar 2018-ci il üçün ən azı yüz otaqlı məhmanxana təşkil etməli idi. Özəlləşdirmədən iki il sonra, şirkətdə bəyan edirlər ki, prosses bu vaxta qədər başlanılmayıb.

“Tikinti işlərinin başlanılması üçün, fəal hazırlıq dövründəyik, lakin işlərin konkret müddətləri barəsində danışa bilmirik”, – “Hualinq Qrupdan” Birinci Kanala bəyan etdilər.

İqtisadiyyat Nazirliyinə gəldikdə, idarə 2016-cı ilin aprel ayından, fəaliyyətini Çovelidze küçəsində, kirayələnmiş binda davam etdirir.