İqtisadiyyat Nazirliyi - Gürcüstan Şərq Partnyorluğu ölkələrinin kiçik və orta istehsal siyasəti indeksində liderdir
İqtisadiyyat Nazirliyi - Gürcüstan Şərq Partnyorluğu ölkələrinin kiçik və orta istehsal siyasəti indeksində liderdir

Gürcüstan Şərq Partnyorluğu ölkələrinin kiçik və orta istehsal siyasəti indeksində liderdir, – bu barədə məlumatı Gürcüstanın İqtisadiyyat və Stabil İnkişaf Nazirliyi yayır.

Nazirlikdə bəyan edirlər ki, iqtisadi əməkdaşlıq və inkişaf təşkilatının (OECD) egidası ilə, keçirilən tədqiqata əsasən hazırlanan reytinqdə, Gürcüstan birinci pozisiyada hallandırıldı.

Gürcüstan 12 indikatordan doqquzunda ən yaxşı dəyərləndirmə alıb.

Bununla yanaşı, 2018-ci ilin reytinqi ilə müqayisədə ölkənin dəyərləndirilməsi və reytinq balı 11 indikatorda yaxşılaşıb.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, qeyd olunan məlumat İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən təşkil edilən işguzar görüşdə verildi, hansı ki, Parisdə keçirildi və onda Şərq Partnyorluğu ölkələrinin iqtidar nümayəndələri iştirak edirdilər.

Gürcüstanın nümayəndə heyyətini İqtisadiyyat və Stabil İnkişaf Nazirinin müavini Ekaterina Mikabadze və “Gürcüstanda istehsal et” agentliyinin direktoru Mixeil Xidureli təmsil edirdilər.