Avropa İttifaqında təşəbbüs hazırlandı ki, Gürcüstan, Ukrayna və Moldovaya avrointeqrasiyanın onillik planını təklif etsinlər
Avropa İttifaqında təşəbbüs hazırlandı ki, Gürcüstan, Ukrayna və Moldovaya avrointeqrasiyanın onillik planını təklif etsinlər

“Avropa Xalq Partiyasının” üzvü olan Litvalı deputatlar, Şərq Partnyorluğu proqramı inkişafı strategiyasının öz baxışını təqdim etdilər.

“Ukrinform” Ukrayna nəşrinin yazdığına görə, təşəbbüs “Troy prosesinin” başlamasını nəzərdə tutur.

Müvafiq sənədi “Evronestin” Parlament Assambleyasının sədri, Andryus Kubiluyus “Avropa Partnyorluğu gələcəyi üçün bizim strategiyamız” disskusiyasında təqdim etdi. Qeyd olunan tədbir Brüssüldə noyabrın 12-də keçirildi və burada Avropa Parlamentinin üzv deputatları, Avropa İttifaqının, həmçinin partnyor ölkələrin nümayəndələri iştirak edirdilər.

“Ukrinform” nəşrinin məlumatına görə, yeni təşəbbüsün adı ” Troy strategiyası 2030″-dur.

Təşəbbüsə əsasən Şərq Partnyorluğunun üç assosiyalaşdırılmış üzvü islahatlar motivasiyasını və impulsu gələn on il ərazində qoruyub saxlamalıdır. Strategiyanın müəllifləri qeyd edirlər ki, Avropa İttifaqı ilə assosiyalaşdırılmış üç ölkədə islahatların uğuru Şərq Partnyorluğunun qalan üç üzvü – Azərbaycan, Ermənistan və Belarus üçün stimul olmalıdır.