Salome Zurabişvili Cozef Borel ilə görüşündə münaqişənin həlli prosesinə Avropa İttifaqının daha artıq qoşulması məsələsini irəli sürdü
Gürcüstan prezidenti, Salome Zurabişvili Avropa İttifaqının vitse-prezidenti, Cozef Borel ilə görüşündə münaqişənin həlli prosesinə Avropa İttifaqının daha artıq qoşulması məsələsini irəli sürdü.
Gürcüstan prezidenti administrasiyasının məlumatına görə, Salome Zurabişvili ali nümayəndə ilə Gürcüstanın işğal olunmuş bölgələrində təhlükəsizlik və humanitar məsələlərini müzakirə etdi.
Avropa İttifaqının ali nümayəndəsi Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qarşı Avropa İttifaqının dəstəyini bir daha təsdiq etdi.
Görüşdə Avropa İttifaqının monitorinq missiyasının və Cenevrə danışıqlarının əhəmiyyətinə xüsusi diqqət yetirildi.
Ali nümayəndə Avropa İttifaqı-Gürcüstan assosiyasi razılaşması öhdəliklərinin yerinə yetirilməsində Gürcüstanın nail olduğu tərəqqisini alqışladı.
Prezident, Cozef Boreli Gürcüstana dəvət etdi.