Natiya Turnava iqtisadiyyat sahəsi elm adamları ilə birlikdə hökumətin anti-böhran planını müzakirə etdi
Natiya Turnava iqtisadiyyat sahəsi elm adamları ilə birlikdə hökumətin anti-böhran planını müzakirə etdi

Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnava iqtisadiyyat sahəsi elm adamları ilə birlikdə hökumətin anti-böhran planını müzakirə etdi.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, turizm sahəsinə xüsusi diqqət yetirildi. Eyni zamanda qeyd edildi ki, böhrandan sonrakı dövrdə hökumət, iqtisadiyyatın başqa istiqamətləri inkişafı üzrə də stimullaşdırma proqramlarını işə salacaq.

Görüş elektron formatda keçirildi və burada 30-dan artıq elm adamı iştirak edirdi.

Görüşdə həmçinin nazirin birinci müavini, Ekaterine Mikabadze də iştirak edirdi. Qeyd olundu ki, bənzər görüşlər müntəzəm olaraq keçiriləcək.