Rustavidə 400 hektarlıq ərazidə sənaye şəhəri və industrial hab tikiləcək
Rustavidə 400 hektarlıq ərazidə sənaye şəhəri və industrial hab tikiləcək

İqtisadiyyat və Stabil İnkişaf Naziri Giorgi Kobulia Kanada investisiya şirkəti KAMKON INVESMENTS-in nümayəndələri ilə görüşdü.

Nazirliyin məlumatına görə, görüşdə Kanada şirkəti tərəfindən hazırlanan layihənin təqdimatı keçirildi.

Layihə Rustavidə 400 hektarlıq ərazidə sənaye şəhərinin, həmçinin, industrial habın və logistika mərkəzinin tikilməsini nəzərdə tutur.

İlkin hesablamalara görə, layihənin həyata keçirilməsinin müxtəlif mərhələlərində 4000-dən artıq yerli sakinin işlə təmin edilməsi nəzərdə tutulur.

Həmçinin, inşaatda sadəcə yerli inşaat materialarından istifadə ediləcək.