İqtisadiyyat Nazirliyi Mestiyada mehmanxananı satır
İqtisadiyyat Nazirliyi Mestiyada mehmanxananı satır

İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Milli Əmlak Agentliyi Mestiya mərkəzindəki “Hostel” mehmanxanasını satır.

Mülkiyyətin başlanğıc qiyməti 550 500 laridir.

Ərizələrin qəbuluna artıq başlanıb və martın 20-dək davam edəcək. Qalib gəlmiş şirkət məbləği hərracın başa çatmasından 3- gün ərzində ödəməlidir. Özəlləşdirmənin şərtlərində biri, 3 il ərzində ən azı 8 nömrəli mehmanxananın işə salınmasıdır. Bunun üçün ən azı 300 min larilik sərmayə həyata keçirilməlidir. Mehmanxananın işə düşməsindən sonra ən azı 5 insdan işlə təmin olunmalıdır.

“Hostel” mehmanxanası Mestiyada 2011-ci ildə açıldı. Hazırda onun fəaliyyəti dayandırılıb.