Gürcüstan NATO-nun dəstəyinin yeni zərfini alacaq
Gürcüstan NATO-nun dəstəyinin yeni zərfini alacaq

Öhdəlik götürmüşük ki, Gürcüstan və Ukrayna gələcəkdə NATO-nun üzvləri olacaqlar, – Bu barədə NATO-da ABŞ-ın daimi nümayəndəsi, Key Bell Hatçinson bəyan etdi.

Onun qeyd etdiyinə görə, Rusiya Gürcüstan və Ukraynaya suveren idarəçilyinə imkan verməlidir.

“Biz həmçinin istəyirik ki, onlar islahatlarını davam etdirsinlər ki, rus dezinformasiyasını dəf edə bilsinlər və onların ərzilərində borderləşdirməyə qarşı çıxa bilsinlər. Rusiya Gürcüstan və Ukraynaya suveren idarəçilyinə imkan verməlidir. Bu ölkələr öz suveren ərazi və sərhədlərinə özləri nəzarət etməlidirlər. Biz hazırıq ki, Gürcüstan və Ukraynaya yardım edək. Biz bu səyləri davam etdirəcəyik. NATO-nun qapısı açıqdır. Şimali Makedoniyanın NATO-ya üzv qəbul olunması bunun nümunəsidir. Biz partnyor Gürcüstan və Ukraynaya yardım edəcəyik. Biz onlara zərf verəcəyik və bu məsələ sabah, NATO ministerialında müzakirə olunacaq. Əminəm nazirlər zərfi təsdiq edəcəklər”, – Key Bell Hatçinson bəyan etdi.