Ukraynada koronavirusdan vəfat edənlərin sayı 20 mini aşdı
Ukraynada koronavirusdan vəfat edənlərin sayı 20 mini aşdı

Son 24 saat ərzində koronavirusun 5 116 halı aşkar edildi, 184 pasiyent vəfat etdi.

Müvafiq göstəriciləri Ukrayna mediası Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Son 24 saat ərzində ölkədə koronavirusdan 15 951 pasiyent müalicə olunaraq sağaldı.

Pandemiyanın başlamasından bu günə qədər, Ukraynada koronavirusun 1 124 430 halı təsdiq olunub, 20 009 pasiyent vəfat edib, 812 368 insan müalicə olunaraq sağalıb.

Ukraynada 8 yanvardan 25 yanvaradək sərt karantin elan edilib.