Ukraynada koronavirusun 5 011 yeni halı aşkar edildi, 99 insan vəfat etdi
Son 24 saat ərzində koronavirusun 5 011 halı aşkar edildi, 99 pasiyent vəfat etdi.
Müvafiq göstəriciləri Ukrayna mediası Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Son 24 saat ərzində ölkədə koronavirusdan 5 292 pasiyent müalicə olunaraq sağaldı.
Pandemiyanın başlamasından bu günə qədər, Ukraynada koronavirusun 1 115 026 halı təsdiq olunub, 19 767 pasiyent vəfat edib, 791 598 insan müalicə olunaraq sağalıb.
Ukraynada 8 yanvardan 25 yanvaradək sərt karantin elan edilib.